Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Tərəfdarları Levon Ter-Petrosyanın müxalifətinin vahid namizədi ola biləcəyini deyirlər


Arxiv foto: Levon Ter-Petrosyan.
Arxiv foto: Levon Ter-Petrosyan.
-


«Əgər payızda əlverişli şərait yaransa, Levon Ter-Petrosyan 2013-cü ildə keçiriləcək prezident seçkilərində Erməni Milli Konqresinin namizədi olacaq. Onu digər siyasi qüvvələrin də dəstəkləyəcəyi istisna olunmur».

Bunu Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib.

Levon Zurabyan «Serj Sakisyan diktaturasına qarşı çıxan bütün siyasi qüvvələrin bir vahid namizəd ətrafında birləşəcəyini, bu namizədin də Levon Ter-Petrosyan olacağını» bildirib.

Ermənistanda prezident seçkiləri 2013-cü ilin fevralında keçiriləcək.

Levon Te-Petrosyan Azərbaycanla Qarabağ müharibəsinin qızğın çağında - 1991-1998-ci illərdə Ermənistanın prezidenti olub. 2008-ci ildə keçirilmiş prezident seçkisində də namizəd olub. O zaman indiki prezident Serzh Sarkisyanı seçkini saxtalaşdırmaqda ittiham edərək tərəfdarlarını küçələrə çıxarıb. Hökumət qüvvələri ilə toqquşmalarda bir neçə nəfər həlak olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG