Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:56

Ter-Petrosyan deputat mandatını geri qaytardı


Arxiv foto: Levon Ter-Petrosyan seçicilərlə görüşür.
Arxiv foto: Levon Ter-Petrosyan seçicilərlə görüşür.

Ermənistanda müxalifət bloku olan Erməni Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyan mayın 16-da deputat mandatından imtina etməsi barədə Mərkəzi Seçki Komissiyasına məktub göndərib.

Bu barədə Petrosyan hələ seçkinin ertəsi – mayın 7-də keçirilən mitinqdə bəyuan etmişdi. Bu gün isə mandatdan imtinasını rəsmiləşdirib.

Bu konqresin proporsional seçki siyahısında ikinci yerdə olan Respublika partiyasının lideri Aram Manukyan da həmin mitinqdə mandatdan imtina edəcəyini bildirib. Amma MSK-nın məlumatına görə hələlik bu barədə onlara məlumat daxil olmayıb.

MSK-dan bildirirlər ki, indiyə qədər Ter-Petrosyandan başqa, deputat seçilən Milli Təhlükəsizlik naziri, “Orinats Erkir” partiyasının lideri Artur Baqdasaryan, bu partiyanın üzvləri olan Kənd Təsərrüfatı naziri Serqo Karapetyan və Fövqəladə Hallar naziri Armen Eritsyan da var.

Bu partiyanın sözçüsü AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, nazirlər partiyanın qərarı ilə mandatdan imtina ediblər. Amma o, səbəblər haqqında ətraflı bir söz deməyib.

Bunlardan başqa, “İrs” partiyasının siyahısında olan Larisa Alaberdyan da MSK-ya ərizə yazaraq mandatını geri qaytarıb.

Ümumilikdə 60-dan çox adamın deputat mandatından imtina edəcəyi gözlənir.

Mayın 6-da keçirilmiş parlament seçkisinin nəticələrinə görə hakim Respublikaçılar Partiyası 131 yerlik parlamentdə mütləq çoxluğa – 60 mandata sahib olub.

Müxalifətçi Erməni Milli Konqresi isə 7 mandat qazanmışdı.
XS
SM
MD
LG