Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Crans Montana Forumunda İ.Əlyev: "ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək"


Bakıda Heydər Əliyev Mərkəzində Crans Montana Forumunun rəsmi açılışı olub.

Forumda çıxış edən İlham Əliyev qarşıdakı 10 ildə ümumi daxili məhsulun 2 dəfə artırılması, İKT-nin inkişafı, müasir sənaye sahələrinin yaradılması və Azərbaycanın adambaşına düşən gəlirə görə dünyada ön sıralara çıxarılmasının mühüm hədəflər olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin ortada olduğunu, ərazi bütövlüyü prinsipinin aparılan danışıqların əsasını təşkil etdiyini diqqətə çatdırıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.

Bu il 23-cü dəfə keçirilən Crans Montana Forumunda Gürcüstanın, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın və Çernoqoriyanın dövlət başçıları, xarici ölkələrdən gəlmiş ictimai xadimlər, parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin təmsilçiləri iştirak edirlər.
XS
SM
MD
LG