Keçid linkləri

Təcili xəbərlər
2022, 20 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:02

Annan Suriyaya milli birlik hökuməti yaratmaq təklif edir


BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Kofi Annan
BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Kofi Annan Suriya hakimiyyətinə ölkədəki zorakılıqlara son qoyulması üçün milli birlik hökuməti yaratmağı təklif edib.

Annan bildirib ki, bu hökumətin tərkibində indiki rejimin tərəfdarları ilə müxalifət təmsil oluna bilər.

İyunun 28-də Cenevrədə Kofi Annanın təşəbbüsü ilə Suriyadakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçiriləcək. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünə, Ərəb Dövlətləri Liqasına və Türkiyəyə dəvət göndərilib.

İyunun 27-də Suriyada döyüşlər davam edib. Dəməşq ətrafındakı hökumətyönlü telekanalın ofisinə hücum nəticəsində 7 nəfər ölüb.
XS
SM
MD
LG