Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:03

Erdoğan Suriyanı hərbi cavabla hədələyir


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan
Suriyanın Türkiyə təyyarəsini vurması ilə bağlı keçirilən NATO toplantısı başa çatıb.

Toplantıdan sonra alyansın Baş katibi Anders Fogh Rasmussen bildirib ki, NATO Türkiyənin yanında olacaq. Ancaq toplantıda 5-ci maddə müzakirə olunmayıb. Həmin maddə təyyarənin vurulmasının bütün alyansa hücum olaraq qəbul edilməsi mənasına gəlir və cavab tədbirləri nəzərdə tutur.

Türkiyə daha öncə bildirmişdi ki, Suriya tərəfindən təyyarənin vurulmasının 5-ci maddə çərçivəsində müzakirəsi üçün NATO-ya müraciət edə bilər. Ancaq Rasmussen deyib ki, Türkiyə ancaq 4-cü maddə ilə bağlı müraciət edib və bu haqda müzakirələr aparılıb.

Türkiyə Baş naziri Recep Tayyip Erdoğan Ankarada çıxışında bildirib ki, Suriya tərəfinin bütün iddiaları yalandır və türk təyyarəsini beynəlxalq sularda olanda, heç bir xəbərdarlıq etmədən vurublar.

Erdoğan xəbərdarlıq edib ki, bundan sonra Suriya tərəfdən istənilən sərhəd pozuntularına eyni cavab veriləcək.

“Bu son insidentdən sonra biz yeni bir vəziyyətlə üz-üzəyik. Biz Suriya rejiminin sərhəddə təhlükəsizliyimizə vuracağı zərbələri bundan sonra cavabsız qoymayacağıq”.

Türkiyə Suriyada Bashar Assad rejiminə qarşı mübarizə aparanları nə bahasına olursa-olsun dəstəkləməyə davam edəcək.

Suriya rəsmiləri isə deyirlər ki, ötən həftənin 5-ci günü baş vermiş insidentdə Türkiyə təyyarəsi Suriyanın hava məkanına qanunsuz daxil olub və buna görə də Suriya ordusunun onu vurmağa tam haqqı çatırdı.

Türkiyə isə bildirir ki, təyyarə səhvən Suriya hava məkanına girsə də, qısa zamandan sonra beynəlxalq hava məkanına qayıdıb və Suriya ordusu onu məhz beynəlxalq hava məkanında vurub.

NATO-nun toplantısını keçirmək təşəbbüsü Türkiyədən gəlmişdi.

Alyansın nizamnaməsinin 4-cü maddəsinə görə, əgər NATO ölkələrindən birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi təhlükə ilə üz-üzə qalarsa, NATO üzvləri toplaşıb məşvərət etməlidirlər.

Suriya-Türkiyə sərhədlərindən gələn son xəbərlərə görə, Suriya ordusu Türkiyəyə keçmək istəyən qaçqınları top atəşləri ilə dayandırmağa çalışır.
XS
SM
MD
LG