Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:40

Çörəyin içindən narkotik çıxıb


2 saylı cəzaçəkmə müəssisəsində çörəyin içindən narkotik maddə çıxıb.

Penitensiar Xidmət İdarəsinin məlumatına görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd kibrit qutusu içərisində ümumi çəkisi 12.63 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Narkotik maddəni məhbus Amil Quliyevə qohumu Seymur Şəbiyev gətiribmiş. Narkotik maddə 3 ədəd çörəyin içərisində gizlədilibmiş.

Fakt üzrə araşdırma aparılır.
XS
SM
MD
LG