Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Orxan Kərimov ürəyindən əməliyyat olunub


Orxan Kərimov
Orxan Kərimov
-
İyunun 27-də Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunub.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Ramiz Məmmədov məlumat verib.

Vəkil deyib ki, əməliyyat uğurlu olub. Orxan Kərimovun vəziyyəti normaldır.

Orxan Kərimov haqqında həbs-qətimkan tədbiri iyunun 21-də ləğv edilib. İş üzrə məhkəmə prosesi isə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Vəkili deyib ki, məhkəmə prosesinin vaxtı Orxan Kərimovun səhhəti ilə bağlı həkimlərin rəyindən asılı olaraq müəyyən olunacaq.

Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. O, özü ittihamları əsassız adlandırır, bəraət alacağına ümid etdiyini bildirir.

İttihamlar təsdiqlənərsə, onu 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
XS
SM
MD
LG