Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:50

Suriyada televiziyaya hücum edilib


Suriyanın dövlət informasiya agentliyi deyir ki, silahlı şəxslər hökümətyönlü televiziya stansiyasının mərkəzinə hücum edib, televiziyanın 3 əməkdaşını öldürüb.

SANA-nın yaydığı məlumata görə, Dəməşqdən 20 kilometr cənubda yerləşən Drouşa şəhərindəki İxbariya TV-nə hücum iyunun 27-də səhər saatlarında baş verib.

Stansiyanın işçisi deyib ki, silahlılar televiziyanın iki binasını ələ keçiriblər, mühafizəçilərdən bir neçəsini tutublar, sonra isə binalar partladılıb.

İxbariya TV özəl qurum olaraq qeydiyyatdan keçib, lakin prezident Bəşər Əsəd rejiminin ciddi dəstəkçisidir.

Bundan əvvəl Əsəd açıqlama verib ki, onun ölkəsi “müharibə vəziyyətindədir”. Yeni kabinetinə səslənən Əsəd bildirib ki, bütün cəhdlərlə müharibədən qalib çıxmaq lazımdır.
XS
SM
MD
LG