Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:57

Pelevinin daha bir romanı film olacaq


Viktor Pelevin
Viktor Pelevin
Tanınmış rus yazıçısı Viktor Pelevinin “Ampir V” romanı əsasında film çəkiləcək.

Çəkilişlərinə 2013-cü ildə başlanması planlaşdırılan filmin rejissoru Viktor Ginzburqdur.

Hələ ki filmdə kimlərin çəkiləcəyi açıqlanmır.

Bundan əvvəl Ginzburq Pelevinin “P nəsli” romanını ekranlaşdırmışdı.

2011-ci ilin aprelində ekranlara çıxan filmdə rolları Vladimir Yepifantsev, Mixail Yefremov, Aleksandr Qordon, Renata Litvinova, Vladimir Menşov ifa etmişdilər.

Film Rusiya kinoteatrlarında uğurla göstərilmiş, gəlir gətirmişdi.

“Ampir V” romanı Roman Ştorkin adlı bir gəncin vampirə çevrilməsi haqdadır.

Amma əsərin əvvəlində baş verən bu çevrilmə formal xarakterlidir.

“Tamhüquqlu” vampir olmaq üçün o daim oxumalı-öyrənməli, “qlamur”, “diskurs” kimi elmlərə mükəmməl yiyələnməlidir...

Yalnız bu yolla o, dünyanın düzənini anlaya bilər...
XS
SM
MD
LG