Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:00

Rusiyada 2011-ci ilin “əsas yazıçıları” seçildi


Boris Akunin
Boris Akunin
Boris Akunin və Darya Dontsova – Rusiyada “2011-ci ilin əsas yazıçıları”dır.

Bu, ВЦИОМ – İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin keçirdiyi sorğunun nəticəsidir.

Rəyi soruşulanların 3 faizi Akuninin, 3 faizi də Dontsovanın adını çəkib.

Sonrakı yerlərdə Tatyana Ustinova, Aleksandra Marinina, Viktor Pelevin, Mixail Veller, Mixail Zadornov gəlir.

Sorğuda iştirak edənlərin 82 faizi isə 2011-ci ilin əsas yazıçısı kimdir? – sualına cavab verməkdə çətinlik çəkib.

Adı çəkilənlərin əksəriyyəti isə bazara hesablanmış kitabların, əsasən də detektiv romanların müəllifləridir.
XS
SM
MD
LG