Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:19

Seul iyulun 1-dən İran neftinin idxal dayandıracaq


Avropa Birliyinin İran xam neftinin idxalı qadağasına uyğun olaraq iyunun 26-da Cənubi Koreya açıqlayıb ki, iyulun 1-dən etibarən o da İran neftinin idxalını dayandıracaq.

İqtisadiyyat, Maliyyə və Xarici işlər nazirlərinin birgə bəyanatı ilə İranın Asiyadakı əsas müştərilərindən olan Koreya ilk olaraq bazardan geri çəkilir.

Dünən Avropa Birliyi hökumətləri İran neftinə embarqonu rəsmən təsdiqlədirlər. Həmçinin İrana xəbərdarlıq edilib ki, əgər nüvə proqramıyla bağlı beynəlxalq tələblərə əməl etməsə, təzyiqlər davam edəcək.
XS
SM
MD
LG