Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:51

İranda iki şəxs spirtli içki içməyə görə ölümə məhkum olunub


İran mediası məhkəmə rəsmilərinə istinadla xəbər verir ki, iki şəxs spirtli içki içdiyinə görə, ölümə məhkum edilib.

Xorasani Razavi vilayətinin məhkəmə rəsmisi Hassan Shariati deyib ki, bu iki nəfər spirtli içkiyə görə iki dəfə cəzalanıblar. Onlara hər dəfə 80 şallaq vurulub.

3-cü dəfə spirtli içki içdiklərinə görə isə ölümə məhkum olunublar.

İranda spirtli içki içmək qadağandır. Yalnız xristian azlığa istisna var.
XS
SM
MD
LG