Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Prezident Azərbaycan ordusunun bölgədə sabitləşdirici rol oynadığını deyir


Prezident İlham Əliyev
Prezident İlham Əliyev
-



Azərbaycan prezidenti İlham Əliyev bildiir ki, dövlət bayrağının Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanmasını şərtləndirən əsas amil Azərbaycan əsgərinin ifadə edib.Vətənə ürəkdən bağlı olan Azərbaycan əsgərinin dövlət bayrağınn

“Media forum” saytı AzTV-yə istinadla xəbər verir ki, İlham Əliyev hazırda Azərbaycan ordusunun təkcə bölgənin deyil, bütün dünyanın güclü ordularından biri olduğunu vurğulayıb.

“Mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti artır” deyən prezident Azərbaycanda peşəkar ordu yaradıldığını qeyd edib.

İlham Əliyev bildirib ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeləri çox möhkəmdir.

”Biz hərbi potensialımızın gücləndirilməsini uğurla aparırıq” deyən İlham Əliyev onu da diqqətə çatdırıb ki, güclü Azərbaycan ordusu hazırda bölgədə sabitləşdirici rol oynayır.

Dövlət başçısı Azərbaycan ordusunun güclənmə prosesinin davam etdiriləcəyini, ordunun peşəkarlığının daha da artırılacağını vurğulayıb.

Ali baş komandan deyib ki, Azərbaycanın gücü Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas vasitədir.

İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Prezident İlham Əliyev də mərasimdə iştirak edib. Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

AzərTAc-ın məlumatına görə, dövlət başçısı mərasimdə nitq söyləyib. Prezident xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edib. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olunublar. Bir qrup zabitə mənzillərin orderləri verilib.

“Orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Bizim ordumuz bizim qürurumuzdur”. İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş mərasimdə çıxış edən prezident İlham Əliyev belə deyib.
XS
SM
MD
LG