Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:46

«Eurovision»dan sonra ifadə azadlığı sahəsində vəziyyət pisləşib»


Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupuna (İPGA) üzv olan təşkilatlar Azərbaycan hakimiyyətinin ifadə və informasiya azadlığının məhdudlaşdırılmasına yönəlmiş son addımlarını pisləyib.

Bəyanatda bildirilir ki, «Eurovision» mahnı müsabiqəsindən sonra hakimiyyət tənqidçi jurnalistləri və fəalları hədəfə alıb və qanunvericiliyə beynəlxalq informasiya azadlığı ilə bağlı prinsiplərə zidd olan dəyişikliklər edib.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu Azərbaycanda ifadə azadlığı ilə bağlı həyəcanlı vəziyyətdən dərin narahatlığını bildirir. Bildirir ki, mayın 22-də Bakıda keçirilmiş «Eurovision» mahnı müsabiqəsindən sonrakı həftələr ərzində bu sahədə vəziyyət xeyli pisləşib. «Tolişi sedo» qəzetinin baş redaktoru Hilal Məmmədov narkotik ittihamı ilə həbs olunub. Fotoqraf və jurnalist, «Sing for Democracy» kampaniyasının fəallarından olan Mehman Hüseynov bir sutka saxlanılıb. «Kür» Vətəndaş Hərəkatının fəallarından İlham Hüseynov həbs olunub və polisdə ona işgəncə verildiyini bildirib.

İyunun 12-də Azərbaycan parlamenti qanunvericiliyə dəyişiklik edərək informasiya azadlığını məhdudlaşdırıb. Azərbaycanın şirkətlərinə qeydiyyatı, sahibliyi, səhmdarları haqqında məlumatları məxfi saxlamaq, bununla bağlı sorğuları cavablandırmamaq hüququ veriib. Bu dəyişiklik jurnalist Xədicə İsmayılovanın prezidentin ailəsinin biznes maraqları ilə bağlı yazılarından sonra baş verib. Eyni gündə Azərbaycan parlamenti həm də Azərbaycan prezidenti və birinci xanımın cinayət məsuliyyətindən ömürlük immuniteti haqqında qanun qəbul edib.

MART-APRELDƏ TUTULANLAR DƏRHAL BURAXILSIN

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu bunları pisləyir və Azərbaycan hakimiyyətini ölkədə ifadə azadlığını yaxşılaşdırmaq üçün təcili tədbirlər görməyə, İlham Əmiraslanovun, Anar Bayramlının, Ramin Bayramovun, Vüqar Qonaqovun, Zaur Quliyevin, Aydın Canıyevin, Taleh Xasməmmdovun, Hilal Məmmədovun, Əvəz Zeynallının və ötən il mart-aprel aksiyalarında həb olunanların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına, İlham Əmiraslanova polisdə işgəncə verilməsi halının beynəlxalq standartlara uyğun təhqiqatının aparılmasına, Mehman HüseynovaOqtay Gülalıyevə qarşı siyasi xarakterli işlərə xitam verilməsinə, İdrak AbbasovaXədicə İsmayılovaya qarşı hücumların araşdırılması istiqamətində səyləri artırmağa, qanunvericiliyi informasiya azadlığına dair beynəlxalq standartlara uyğunlaşdırmağa çağırır.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupunun bu bəyanatını Article 19, Senzura İndeksi, Norveç Helsinki Komitəsi, Pen, Sərhədsiz Reportyorlar təşkilatları dəstəkləyirlər.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu beynəlxalq təşkilatların koalisiyasıdır. Koordinasiyasını Article 19 həyata keçirir.
XS
SM
MD
LG