Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:55

Suriyanın vurduğu Türkiyə təyyarəsi tapılıb


Türkiyəli xilasedicilər cümə günü Suriyanın Aralıq dənizində vurduğu Türkiyə təyyarəsinin düşdüyü yeri aşkar ediblər.

Təyyarənin qalıqları təxminən 1300 metrlik dərinlikdədir.

Amma pilotların taleyi hələlik bəlli deyil.

Türkiyənin Xarici İşlər Nazirliyi bundan əvvəl Dəməşqə rəsmi etiraz notası göndərib.

Xarici işlər naziri Ahmet Davutoğlu təyyarənin Suriya ərazisində yox, beynəlxalq hava məkanında vurulduğunu deyir.

Amma o etiraf edib ki, təyyarə vurulmazdan 15 dəqiqə əvvəl səhvən Suriya ərazisinə girib.

Davutoğlu bunun kəşfiyyat yox, adi məşq uçuşu olduğunu deyir.

NATO çərşənbə axşamı Türkiyənin xahişi ilə insidenti araşdıracaq.
İstanbul sakini Halac deyir ki, o Ankaradan sərt addımlar görmək istərdi, amma bu cür insidentlər adətən beynəlxalq səviyyətə həll olunur.

Suriyanın özündə isə vəziyyət gərgin olaraq qalır.

Hüquq müdafiəçiləri təkcə şənbə günü 100-ə yaxın adamın öldürüldüyünü və onların əksəriyyətinin dinc sakinlər olduğunu deyirlər.

Bazar günü isə ölkənin şimalında 15 əsgərin öldürüldüyü bildirilir.
XS
SM
MD
LG