«Azərbaycan Hava Yolları» iyulun 3-dən Bakı-Təbriz-Bakı reyslərinə başlayır.
Bu, 2012-ci ildə bu marşrut üzrə olan ikinci reysdir.
Bir tərəfə biletin qiyməti 96, iki tərəfə 190 manatdır.
AzAL-ın məlumatına görə, «ATR-42» təyyarələri ilə uçuş həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günü olacaq. Bu marşrutla birbaşa uçuş 2012-ci ilin oktyabrın 27-ə qədər davam edəcək.
Bu ilin əvvəlindən İranın «Kish Air» aviaşirkəti ilk dəfə Bakı-Təbriz-Bakı marşrutu ilə uçuşlara başlayıb. Bu uçuşlar çərşənbə axşamı və şənbə günü həyata keçirilir. Biletin qiyməti 99 manatdır (iki tərəfə 159 manat).