Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:09

Assange sığınacaq üçün Ekvadora müraciət edib


WikiLeaks saytının qurucusu Julian Assange siyasi sığınacaq üçün Ekvador hakimiyyətinə müraciət edib. Bu haqda Ekvadorun xarici işlər naziri Ricardo Patino məlumat verib. Bildirib ki, Assange hazırda Ekvadorun Londondakı səfirliyindədir.

Böyük Britaniya Məhkəməsi iyunun 15-də Assangenin İsveçə verilməməsi haqqında ərizəsini qəbul etməmişdi.

İsveç məhkəməsi Julian Assangeni seksual cinayətlərdə ittiham edir. Özü isə ittihamların siyasi sifarişdən qaynaqlandığını bildirir.
XS
SM
MD
LG