Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

E.Abdullayev: "Türkmənistanın cəhdi prezidentlər arasındakı razılaşmaya ziddir”


Elman Abdullayev
Elman Abdullayev
“Türkmənistanın “Kəpəz” yatağında seysmik tədqiqat işləri aparmaq cəhdi iki ölkə prezidenti arasında əldə olunmuş razılığa ziddir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Elman Abdullayev Türkmənistan Xarici İşlər Nazirliyinin bəyanatını şərh edərkən bildirib ki, prezidentlər arasındakı razılaşmaya əsasən Xəzərin dibinin bölünməsilə bağlı razılıq əldə olunmayınca sektorların kəsişməsində hər hansı kəşfiyyat işləri keçirilməməlidir.

Amma təəssüf ki, Türkmənistan bu razılığı pozmağa cəhd göstərdi və biz buna etiraz bildirmişik.

Elman Abdullayev qeyd edib ki, Azərbaycanın Xəzər dənizində suveren hüquqları var və bu hüquqları müdafiə etmək haqqı var.
XS
SM
MD
LG