Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Senatda R. Morningstarın namizədliyinin müzakirəsi davam edəcək


Richard Morningstar
Richard Morningstar
İyunun 19-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Richard Morningstarın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyinin müzakirəsi davam etdiriləcək.

İclasda Azərbaycanla yanaşı daha 12 ölkəyə səfirlərin təyinatı məsələsinə baxılacaq.

İyunun 13-də ABŞ Senatında R. Morningstarın namizədliyi müzakirə olunub. Dinləmələrdə çıxış edən Morningstar bildirib ki, səfir kimi təsdiq olunacağı halda Azərbaycanda islahatlara ciddi diqqət yetirəcək.

Daha sonra Morningstarın namizədliyi üzrə səsvermənin 48 saat sonra Senatda keçirilməsi qərara alınıb.

Richard Morningstar ABŞ Dövlət Katibinin Avrasiya Enerji məsələləri üzrə xüsusi nümayəndəsidir.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi uzun müddətdir ki, boşdur. Sonuncu səfir Mathew Bryza Bakını bu il yanvarın 3-də tərk edib. ABŞ-dakı erməni lobbisinin təkidli etirazları ilə qarşılaşan Bryza cəmi bir il səfir vəzifəsində çalışa bildi.

2009-cu ildə sonuncu uzunmüddətli səfir Anne E. Derse Bakıdan gedəndən bəri Vaşinqtonun Azərbaycana səfir təyin etməsi gecikir.
XS
SM
MD
LG