Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:17

Belarusda parlament seçkiləri təyin edilib


Belarus prezidenti Alyaksandr Lukashenka sentyabrın 23-nə parlament seçkiləri təyin edib. İyunun 18-də parlamentdə çıxışında Lukashenka bildirib ki, seçki vaxtı heç bir xarici müdaxilə qəbul edilməyəcək. Ancaq prezident xarici müşahidəçilərin istəsələr seçkini müşahidə edə biləcəklərini də əlavə edib.

BU seçkilərin 2010-cu ilin dekabrında baş tutan və seçki sonrası etirazlar üzündən yüzlərlə adamın repressiyaya məruz qaldığı prezident seçkisindən sonra Belarusda keçirilən ilk səsvermə olacaq.

Lukashenkanın qalib elan olunduğu, müxalifət namizədlərinin isə həbs edildiyi həmin seçkilərdə baş verənlərdən sonra Qərb dövlətləri Belarus hakimiyyətinə qarşı daha sərt sanksiyalar tətbiq etmişdi.
XS
SM
MD
LG