Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:47

Oqtay Gülalıyev ABŞ səfirliyində olub


Oqtay Gülalıyev
Yenicə həbsdən çıxan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev iyunun 16-da ABŞ səfirliyində olub.

O.Gülalıyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, görüş qarşı tərəfin təşəbbüsü ilə baş tutub. Səfirliyin siyasi məsələlər üzrə müşaviri həbs müddətində O.Gülalıyevin üzləşdiyi problemlərlə maraqlanıb:

«Aprelin 8, 9 və 17-də Sabirabad rayon Polis Şöbəsində mənə qarşı fiziki zorakılıq, insan ləyaqətini alçaldan rəftar və saxlanma şəraiti barədə onları məlumatlandırdım. Eyni zamanda onlara bildirdim ki, mənim sizə danışdıqlarım həbs olunduğum ötən 2 ay yarım ərzində üzləşdiyim qanunsuz, repressiv hərəkətlərin bir hissəsidir. İctimaiyyətə açıqlamadığım bir sıra məqamlar var ki, mən bu məsələləri Daxili İşlər naziri Ramil Usubovun diqqətinə çatdırıb həllini istəyəcəyəm. Çünki mənə qarşı bu addımların böyük bir hissəsi nazirin tabeliyində olan şəxslər tərəfindən və onun adından həyata keçirilib».

O.Gülalıyev aprel ayında Sabirabadda çay daşqınından ziyan çəkmiş vətəndaşlarla görüş zamanı tutulub. O, Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) ittiham olunur. Aprelin 19-da Sabirabad rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. İyunun 13-də Oqtay Gülalıyev barəsində seçilən həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
XS
SM
MD
LG