Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Suriyadakı beynəlxalq müşahidəçilər fəaliyyətini dayandırır


Suriyadakı beynəlxalq müşahidəçilər missiyası zorakılıqların artmasına görə fəaliyyətini müvəqqəti dayandırır.

Missiyanın rəhbəri Robert Mood şənbə günü bəyan edib ki, ölkədə qan tökülməsinin davam etməsi müşahidəçilərin işini əngəlləyir.

Agentliklər bunun Suriya ilə bağlı beynəlxalq sülh planının baş tutmamasına növbəti sübut olduğunu yazırlar.

Aprelin 12-dən Suriyada atəşkəs rejimi elan edilsə də ölkədə qətllər, toqquşmalar davam edir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG