Kənardan diqqəti cəlb etməyən bir qrup bədəvi Qəzzanın Misir sərhədindəki «Rafah» sərhəd-keçid məntəqəsinin yanında dayanıb. Onlar sərhəddən keçməyə icazə verilməyən adamları gözləyirlər.
Sərhədi keçə bilməyənlər geri qayıtmağa hazırlaşanda, bədəvilər onlara yaxınlaşır. Astadan soruşurlar: «Tuneldən keçmək istəyirsiniz? 50 dollardır». Misir sərhədindəki polislər bu haqda yanlarında danışılmadıqca, bədəvilərlə maraqlanmırlar. Misirdə qanundankənar fəaliyyət göstərən bu tunellər burdakı yaşayışın və ticarətin əsasını təşkil edir. Qəzzanın Misirlə sərhədi keçən il rəsmən açılsa da, qəzzalılar ərzaq, tikinti materialları, paltarı bu tunellərlə gətirir.
«BAŞIN DƏYMƏSİN!»
Çox dar olan tunelin taxta girişi bir daxmanın altında, gizli yerdədir. Tuneldən keçəndə eşitdiyim ilk səs bu oldu: «Başın dəyməsin!». Bu söz artıq onuncu dəfə deyiləndə, «bu dəqiqə başımın dəyməsindən yox, bombalanmaqdan qorxuram» deyə qışqırdım. Tuneldə qarşımda irəliləyən bələdçim narahat olmağımdan qəhqəhə çəkib güldü. Tunelin ağzındakı 4 fəhlə daş aparırdı. Tikintidə istifadə olunacaq bu saysız-hesabsız daşları əllə daşıyacaqlar. Üzü tozdan ağappaq olmuş fəhlələrdən biri deyir ki, «bizim həyatımız belədir. Yaşayış belə əziyyətlidir. Rafah Qahirədən də bahalıdır. Bu cür işləmək, yerin altında qalmaq məcburiyyətindəyik».
Tunelin böyük bir hissəsini beli bükülmüş vəziyyətdə keçdik. Tunel yerin 2 metr altındadır. Təxminən 275 metr gedəndən sonra tunelin sonunda işıq görünür. Bələdçim tunelin sahibi ilə danışanda mənə arxada gözləməyimi tapşırır. «Keçmək üçün əlində Qəzza hökumətindən icazə olmalıdır. Yoxsa Həmas ona 1500 dollar cəza kəsər» deyirdi.
«BURDADIR, BURDADIR»
İsrail bu tunelləri havadan bombalayır. Buna baxmayaraq, tunel işçiləri öz soyuqqanlıqlarını saxlayır. Mən başımıza bomba töküləcəyindən narahatlığımı bildirəndə, tunel işçiləri gülürdü. Elə bu vaxt İsrailin «F-16»sı başımızın üstündən keçdi. Tunel işçisi isə zarafatlından qalmırdı, təyyarəyə baxıb məni göstərirdi. Özü də qışqırırdı: «Burdadır, burdadır».