Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Gizlinlər qanunu parlamentdə… [Video]


Gizlinlər qanunu parlamentdə…
Gözlə

No media source currently available

0:00 0:52:42 0:00
Direct-ə keçid

Gizlinlər qanunu parlamentdə…

Hüquqşünas, REAL Hərəkatının Məclisinin sədri Erkin Qədirli və araşdırmaçı-jurnalist Şahvələd Çobanoğlu «İnformasiya əldə etmək haqqında» qanuna edilən dəyişiklikləri müzakirə edirlər.

-
«Bu qanun oliqarxların xarici ölkələrdə qurulan bizneslərinin açıqlanmasına əngəl törətmir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquqşünas, REAL Hərəkatının Məclisinin sədri Erkin Qədirli «İnformasiya əldə etmək haqqında» qanuna edilən dəyişiklikləri müzakirə edərkən deyib:

«Normalda təmiz biznesi olan insan tanınmaq istəyər. O, vergi ödəyəcək, simpatiya duyduğu təşkilatlara ianə verəcək, reklamını edəcək. Normalda bütün bunlar belədir. Hər kəs bilir ki, filan biznes filankəsindir və filan biznesin qurucusu filankəsdir. Sahibkarın gözü ilə baxarsaq, sırf bazar həvəsləndirilməsi baxımından bu qanun tamamilə absurddur…».

E.Qədirli deyir ki, jurnalistlər prezidentin ailəsi və oliqarxların xaricdəki biznesləri haqda araşdırmalara bundan sonra da davam edə bilərlər:
Erkin Qədirli
Erkin Qədirli

«Çünki həmin biznes fəaliyyətlərində reyestr başqa ölkədədir, o ölkənin qanununa uyğun olaraq açıqdır. Nəzərə alsaq ki, bizim oliqarxların bizneslərinin xeyli hissəsi xaricdədir, araşdırmalar rahat şəkildə davam etdirilə bilər. Faktiki olaraq, bu qanunun Azərbaycanda tətbiq olunması ilə gizlilik məqsədinə varılmır».

E.Qədirli deyir ki, bu qanun ancaq Azərbaycanda qeydiyyatdan keçmiş şirkətlərə aiddir.

Jurnalist Şahvələd Çobanoğlu isə deyir ki, «İnformasiya əldə etmək haqqında» qanuna edilən düzəlişlər söz azadlığına, cəmiyyətin informasiya almaq hüququna ziddir:

«Bu cür sirlərin açılması ilə bağlı şikayət olarsa, jurnalistin cəzalandırılması olarsa, Avropa Məhkəməsi həmin cəzanı ləğv edəcək. Presedent hüquq yaranacaq və qanun qüvvədən düşəcək».

Ş.Çobanoğlunun fikrincə, bu kimi məsələlərdə xüsusi bir gizlilik və oğurluq halları olmasaydı, bu qanuna ehtiyac olmayacaqdı:

«İndiyə kimi hansısa biznesmen, hansısa şirkət deyibmi ki, mənim təsisçiliyimi niyə açıb danışmısınız? Kimsə şikayət edibmi? Əksinə, hamı deyir ki, mənimdir».

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
Erkin Qədirli deyir ki, «İnformasiya əldə etmək haqqında» qanunda məlumatın kimlər üçün açıq olduğu göstərilib. Qəribədir ki, deputatların belə bir hüquqa malik olduğu göstərilməyib:

«Bu qanunu deputatlar qəbul ediblər. Onların ağlına gəlməyib ki, özlərinin də adlarını daxil etsinlər. Bəs deputat sorğusu nə olsun? Onlar büdcə məsələləri, dövlət xərcləmələri ilə əlaqədar, iqtisadi sahəni tənzimləyən hansısa qanunu müzakirə edərkən nəyəsə baxmaq istəsələr, nə olsun? Deputatlar özləri bu qanunu qəbul ediblər, amma özlərini bu səlahiyyətə malik şəxslər arasında görməyiblər. Bu, əslində başqa bir mənzərəni açır və məlum olur ki, parlamentdə siyasi iş yoxdur».

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG