Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 14:17

Parlament qarşısında etirazçılar saxlandı


«REAL» Hərəkatının həmsədri İlqar Məmmədov polis tərəfindən saxlanılıb
«REAL» Hərəkatının həmsədri İlqar Məmmədov polis tərəfindən saxlanılıb
Aksiyadan təxminən 20 dəqiqə sonra İlqar Məmmədov Badamdar qəsəbəsində sərbəst buraxılıb. Ancaq İ. Məmmədov deyib ki, REAL Hərəkatı sənədlərin ikinci oxunuşunun müzakirəsi zamanı da belə bir aksiyanı təkrarlayacaqlar.


REAL-IN AKSİYA CƏHDİ

«REAL» Hərəkatı «İnformasiya əldə etmək haqqında», «Kommersiya sirri haqqında» qanunlara etmək istədikləri dəyişikliklərə etiraz olaraq Parlament binası qarşısında aksiya keçirmək istəyib. Lakin polis etirazçılara toplaşmaq imkanı verməyib. «REAL» Hərəkatının həmsədri İlqar Məmmədov polis maşınında, digər fəallar isə «18» saylı marşruta mindirilərək ərazidən uzaqlaşdırılıb.

Hazırda Milli Məclisin dörd tərəfi polislə əhatələnib.

REAL Hərəkatının aksiya cəhdi

REAL Hərəkatının aksiya cəhdi


«İnformasiya əldə etmək haqqında» qanuna dəyişiklik təklifi iyunun 1-də parlament komitələrinin iclaslarında müzakirə edilib. Dəyişikliklərə görə, informasiyanın əldə olunmasına o şərtlə icazə verilə bilər ki, bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın, şəxslərin hüquq və azadlıqlarının, kommersiya və başqa iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Bundan başqa, Azərbaycanda yeni bir qanun layihəsi də hazırlanıb: «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında». Qanun layihəsinə görə, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar gizli saxlanılacaq.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG