Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Rusiyada müxalifətə təzyiqlər artır


Rusiyada Putinə qarşı planlaşdırılan etiraz aksiyası öncəsi müxalifət liderlərinin evlərində axtarış aparılıb, özləri isə polisə çağırılıb.

Moskvada polis Boris Nemtsov, Ilya Yashin, Ksenia Sobchak, Sergei Udalstov, Aleksandr Navalny və başqa 5 nəfərin evində axtarış aparıb. Bir sıra müxalifət liderləri iyunun 12-də polisə çağırılıblar.
Hüquq-müdafiəçisi Lev Ponomarev bildirib ki, bu reydlərin müxalifətin iyunun 12-nə planlaşdırılan etiraz mitinqini pozmaq üçün təşkil olunduğuna şübhə etmirlər.

Federal İstintaq Komitəsi isə bəyan edib ki, axtarışlar mayın 6-da keçirilən və polislə toqquşmalara səbəb olan mitinqin istintaqı ilə bağlıdır.

Rusiya müxalifəti iyunun 12-də Vladimir Putinin 3-cü prezidentliyinə qarşı etiraz mitinqi keçirməyə hazırlaşır.
XS
SM
MD
LG