Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 23:45

OPEC neft bazarındakı vəziyyəti müzakirə edir


Neft istehsal edən ölkələri özündə birləşdirən OPEC təşkilatı Vyanada neft bazarındakı vəziyyəti müzakirə edirlər.

Son zamanlar dünya bazarında neftin ucuzlaşdığı müşahidə edilir.

Amma neftin qiymətinin düşməsinə baxmayaraq istehsalın azaldılmayacağı gözlənilir.

OPEC-ə daxil olan ölkələr hazırda ümumilikdə gün ərzində 30 milyon barel neft istehsal edirlər.

Avropa Birliyinin İrandan neft alınmasına qoyduğu embarqo iyulun 1-dən qüvvəyə minir.

Neft qıtlığına baxmayaraq bir sıra ölkələr istehsalı artırdığına görə bazar bunu hiss eləmir.

Venesuela prezidenti Hugo Chaves bəzi OPEC ölkələrinin kvotadan artıq neft çıxarması və buna görə qiymətin düşməsindən narahatlıq bildirib.
XS
SM
MD
LG