Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:10

Obama avrozonadan narahatdır


ABŞ prezidenti Barack Obama Avropa liderlərini avrozonada maliyyə böhranının qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırıb.

O cümə günü Ağ evdə çıxış edərkən Avropanın bank sisteminə əlavə vəsait qoymağa, daha əlaqəli büdcə və bank siyasəti yeritməyə çağırıb.

Barack Obama həmçinin xəbərdarlıq edib ki, əgər Yunanıstan avrozonadan çıxsa bu ölkədəki borc böhranı daha da kəskinləşəcək.

Prezident bildirib ki, Avropa iqtisadiyyatında tənəzzül ABŞ iqtisadiyyatına mənfi təsir göstərə bilər.
XS
SM
MD
LG