Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 03:46

Suriyada azı 17 adamın öldürüldüyü xəbər verilir


Suriyanın Dera şəhərində 9 qadın və 3 uşaq da daxil olmaqla azı 17 nəfərin öldüyü, onlarla adamınsa yaralandığı bildirilir.

Bu barədə Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.

Onların sözlərinə görə hökumət qoşunları bundan əvvəl prezident Bashar Assadın istefası tələbilə etiraz aksiyaları keçirilmiş məhəllələri atəşə tutub.

Hüquq müdafiəçiləri şəhərdə telefon əlaqəsinin kəsildiyini deyirlər.

Onların sözlərinə görə cümə günü ölkənin bir sıra rayonlarında baş vermiş toqquşmalarda isə dinc sakinlər, hərbçilər və silahlı müxalifət nümayəndələri də daxil olmaqla 70-ə yaxın adam ölüb.

Suriyadakı beynəlxalq müşahidəçilər çərşənbə günü azı 55 adamın öldürüldüyü əl Qubeyr kəndində olublar.

BMT-nin baş katibi Ban Ki Moon bildirib ki, ilkin qənaətə görə bu qətllərə görə hökumət qüvvələri cavabdehlik daşıyır.
XS
SM
MD
LG