Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 02:12

Annan: Tərəflərinə təzyiq göstərməlidir


Suriyadakı zorakılıqlara təcili son qoyulmalıdır. Sülh planının yerinə yetirilməsi üçün beynəlxalq ictimaiyyət münaqişə tərəflərinə təzyiq göstərməlidir.

BMT Təhlükəsizlik Şurasının qapalı iclasında çıxış edən təşkilatın Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan belə deyib. Annan bildirib ki, münaqişə ilə bağlı yeni əlaqə qrupu yaratmaq lazımdır. Annan bu qrupda İranı da görmək istəyib. Böyük Britaniya və ABŞ isə bu təklifə qarşı çıxıb.

Fəalların və hüquq müdafiəçilərin məlumatına görə, iyunun 7-də Suriyadakı qanlı toqquşmalarda 50-dən artıq adam həlak olub.
XS
SM
MD
LG