Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:42

Suriyada 41 adam öldürülüb


BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan İranın Suriyadakı münaqişənin həllində iştirak edəcəyinə ümid bildirib.

BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Annan deyib ki, İran regionda mühüm dövlətdir. İclasda Suriya üzrə yeni beynəlxalq əlaqə qrupunun yaradılması məsələləri müzakirə olunub.

Suriyadakı fəalların məlumatında görə, mayın 7-də Suriyada azı 41 adam öldürülüb. Onlardan 23-ü dinc sakinlər olub.

BMT-nin baş katibi Ban ki-Moon Suriya hakimiyyətini al-Kubeyr kəndində onların dinc adamın qətlinə görə ittiham edib. Deyib ki, Bashar Assad bütün legitimliyini itirib.
XS
SM
MD
LG