Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

14 sərhədçini kim öldürüb?


Vladislav Chelakh
Vladislav Chelakh
Qazaxıstanda Çinlə sərhəddə sirli şəkildə öldürülən 14 sərhədçiyə və 1 meşəbəyinə yas tutulmaqla bahəm bütün gözlər cinayəti törətdiyini etiraf edən 15-ci sərhədçiyə çevrilib.

Vladislav Chelakh kimdir? Qazaxıstanın cənub-şərqindəki Tyan-şan dağlarında yerləşən «Arkankerqen» sərhəd zastavasında nə baş verib?

SƏRHƏDÇİ OLMAĞI ARZULAYIB

Valideynləri Vladislav Chelakh'ın qatil olmağına inanmır. Anası Svetlana Vashenko deyir ki, «o, hər zaman sərhədçi olmağı arzulayan adi oğlandır».

Bir çox gəncin hərbi xidmətdən boyun qaçırdığı ölkədə Chelakh könüllü xidmətə gedib. Zar-zar ağlayan anası Svetlana müxbirlərə deyib ki, oğlu sonuncu məktubu «Arkankerqen»dən yazıb.

«Əziz ana, mən sənə Qazaxıstan sərhədindən yazıram», - bir vərəqə yazılmış məktubda oxuyuruq. «Mən nəhayət burdayam. İndi mən Sərhəd Keşikçi Xidmətinin üzvüyəm».

Məktubunda Chelakh dağlıq ərazinin gözəlliklərini təsvir edir.

«Bura çox gözəl yerdir», - o, yazır. «Bizi hər yandan dağlar əhatə edir - Çinin dağları bir tərəfdədir, bizim dağlar digər tərəfdə. Bizim zastavamız dağlar arasındakı təpədədir».

Foto: Arxiv
Foto: Arxiv
Məktub işarə edir ki, Chelakh öz əsgər həyatından məmnun olub:

«Burda yaxşıdır. Sakit və dinc yerdir. İndi orduda xidmətin nə demək olduğunu anlayıram».

AİLƏ HƏM SEVİNİR, HƏM QORXUR

Ordudan əvvəl Chelakh atası kimi qatar mühəndisi olmaq üçün xüsusi kurs bitirib.
Anası Vashenko deyir ki, onun əsas planı 10 günlük məzuniyyət götürüb evə gəlmək, qardaşı Pavlik'in oğlunu görmək olub. Ailə onun iyulda evə gələcəyini gözləyirdi.

Chelakh'ın qohumları deyirlər ki, qətl xəbəri yayılandan sonra nə oğullarını görüblər, nə də onunla danışıblar.

Ailəsi danışır ki, qarışıq hissləri var - bir yandan sevinirlər ki, Chelakh sağdır, bir yandan da qorxurlar ki, oğlanlarını uzun həbsxana həyatı gözləyəcək.

Chelakh'ın babası Vladimir hesab edir ki, cinayəti nəvəsinin üstünə qoymaq istəyirlər:

«Mən gecələr yata, gündüzlər dincələ bilmirəm. Yeyə bilmirəm, yata bilmirəm. Bilmirəm ki, necə sağ qalmışam. İradəm məni sağ saxlayır».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG