Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:27

Karzai Çinə səfərini dayandıraraq vətənə dönüb


Əfqanıstan prezidenti Hamid Karzai NATO-nun hava zərbəsi nəticəsində Lohar əyalətində
18 dinc sakinin ölümünə görə Çinə səfərini yekunlaşdıraraq vətənə dönüb.

O bu cür əməliyyatların yolverilməz olduğunu bildirib.

Birləşmiş Ştatların müdafi naziri Leon Panetta isə mayın 7-də Əfqanıstana gözlənilməz səfər edib.

O Pakistanı yaraqlılara qarşı lazımınca mübarizə aparmamaqda günahlandırıb.

Leon Panetta səfər zamanı bu ölkədəki ABŞ qüvvələrinin komandirlərilə görüşüb.

O Əfqanıstanın müdafiə naziri Abdul Razak Vardakla da görüşməlidir.
XS
SM
MD
LG