Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:55

Mülki şəxslərin ölməsinə görə prezident Çinə səfərini yarımçıq kəsib


Əfqanıstan prezidenti Hamid Karzai NATO-nun hava hücumu nəticəsində 18 mülki şəxsin ölməsinə görə Çinə səfərini yarımçıq kəsib.

Karzai deyib ki, belə əməliyyat nəticəsində mülki şəxslərin öldürülməsi "qəbuledilməzdir".

ABŞ-ın müdafiə naziri Leon Panetta gözlənilmədən Əfqanıstana gəlib. O deyib ki, yaraqlılar Pakistan ərazilərində sığınacaq əldə etməyə davam etdikcə Əfqanıstanda stabilliyi qorumaq çətin olacaq.

O bildirib ki, Pakistanın yaraqlılara qarşı həlledici addım atmasından dolayısı uğursuzluqları ABŞ-ın səbirini tükəndirir.

Əfqanıstan rəsmiləri və yerli sakinlər NATO-nun hava zərbəsi nəticəsində Lohar əyalətində 18 dinc sakinin öldüyünü xəbər veriblər. Ölənlərin toy üçün yığıldığı deyilir.
XS
SM
MD
LG