Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:32

Hillary Clinton Bəxtiyar Hacıyevlə görüşüb [Video]


-

İyunun 6-da Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Hillary Clinton gənc fəal Bəxtiyar Hacıyevlə görüşüb.

Bəxtiyar Hacıyev Azadlıq Radiosuna müsahibəsində bildirib ki, görüşdə çoxlu məsələlər, o cümlədən, gənc fəalın həbs səbəbləri, Azərbaycanda gedən demokratik proseslər müzakirə olunub:

“Mənim xanım Clintonla qısa bir görüşüm oldu. Bu qısa müddət ərzində çox məsələləri müzakirə etdik. Əvvəlcə həbs səbəblərimlə, saxlanma şəraitimlə maraqlandı. Həbsdə olduğum müddətdə gördükləri işlərlə bağlı danışdı, daim nəzarətdə saxladıqlarını dedi. Daha sonra Azərbaycandakı demokratik dəyişikliklərlə bağlı çox səmimi və əhatəli fikir mübadiləsi oldu, çox yaxşı bir söhbət alındı."

Hillary Clinton Bəxtiyar Hacıyevlə Azərbaycandakı problemlər və ABŞ-ın bu problemlərin həllindəki rolundan da danışıb: “Dövlət katibi Azərbaycandakı problemlər bizdən daha yaxşı bilir. Problemlərə yanaşmalar barədə fikir mübadiləsi oldu ki, hansı yanaşma seçilsə, daha effektiv olar. Azərbaycanda hansı proseslərin getməsi ilə bağlı fikir mübadiləsi oldu və ABŞ bu prosesdə hansı rolu oynaya bilər o barədə söhbətimiz oldu”.

Bəxtiyar Hacıyev deyir ki, ümumilikdə götürəndə bu rəsmi görüşdən çox, səmimi bir fikir mübadiləsi olub: “Mənə çox müsbət və səmimi təsir bağışladı”.

Hillary Clinton Bakıda dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşüb. O, Bakı səfərini başa çatdırıb, Türkiyəyə yola düşüb.
XS
SM
MD
LG