Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 17:34

Hillary Clintonun Azərbaycana səfəri başa çatıb


Foto arxiv
ABŞ dövlət katibi Hillary Clintonun Cənubi Qafqaz ölkələrinə səfəri başa çatıb.

Dövlət katibi bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Hillary Clinton səfər zamanı həmçinin qeyri hökumət təşkilatlarının nümayəndələrilə görüşüb, Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft-qaz, neftayırma və neft kimyası sərgisinə baş çəkib.

Dövlət katibi regiona səfəri çərçivəsində həmçinin iyunun 4-də Ermənistanda, iyunun 5-də isə Gürcüstanda olub.
XS
SM
MD
LG