Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Əli Həsənov «The New York Times»a danışıb


Əli Həsənov
Əli Həsənov
«Biz Amerika səfiri ilə məsləhətləşmələr apara bilmirik. Amerikalılar Azərbaycan kimi ölkəni belə asanlıqla itirə bilməzlər. Onlar Azərbaycanı təkbaşına buraxa bilməzlər», bunu Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov Bakıda hələ də ABŞ səfirinin olmamasına münasibət bildirərkən deyib.

Bu barədə David M. Herszenhorn «The New York Times»da yazır. Qəzet «İran və Azərbaycan, onsuz da ehtiyatlı olan qonşuların getdikcə razılaşdığı çox az məsələ qalır» başlıqlı yazı dərc edib.

İyunun 13-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Richard L. Morningstar-ın Azərbaycana səfir postuna namizədliyi müzakirə ediləcək.

MÜSƏLMAN OLUB DÜNYƏVİ DÖVLƏTDƏ YAŞAMAQ

Məqalə müəllifi Azərbaycanın Biləsuvar rayonunda sərhəd keçid məntəqəsinin bağlanmasından, yük maşınlarının uzun növbələrə düzülməsindən yazır. Qeyd olunur ki, Azərbaycanla İran arasında onsuz da gərgin münasibətlər son həftələr daha da gərginləşib. Səbəb kimi Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığın genişlənməsi göstərilir.

Müəllifə görə, Amerika rəsmiləri Azərbaycanla bağlı vəziyyətin çıxılmaz olduğunu deyirlər. Ona görə çıxılmaz ki, hər hansı dostluq əlaməti Ermənistan-Amerika qrupları yaxud da yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının tənqidinə səbəb olur.

Sonuncular Əliyev hökumətinin çoxsaylı insan haqları pozuntularını sənədləşdirirlər.
İran-Azərbaycan münasibətlərinə dair Əli Həsənov «The New York Times»a deyib ki, o, iki ölkənin problemləri yoluna qoyacağına inanır. «Biz elə bir formula tapacağıq ki, dünyəvi dövlət dini dövlətlə sülh şəraitində yaşayacaq. Biz fəxr edirik ki, müsəlmanıq və dünyəvi dövlətik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG