Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Əli Həsənov: Azərbaycan «Evrovision»un ən yaxşı nümunəsini ortaya qoyub


Əli Həsənov
Əli Həsənov
«Azərbaycan «Evrovision» mahnı yarışmasında təhlükəsizliyi yüksək səviyyədə təşkil etdi».

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

«Biz dövlət olaraq Azərbaycana gələn bütün iştirakçıların təhlükəsizliyinə zəmanət vermişdik. Bütün hüquq-mühafizə orqanları gücləndirilmiş rejimə keçmişdi. Bunun nəticəsi olaraq terror və «Evrovision»un pozulması cəhdlərinin qarşısı alındı», - deyə Ə. Həsənov vurğulayıb.

PA rəsmisi onu da bildirib ki, Azərbaycan «Evrovision»un ən yaxşı nümunəsini ortaya qoyub.
XS
SM
MD
LG