Keçid linkləri

2024, 28 May, çərşənbə axşamı, Bakı vaxtı 10:39

ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri ziyafət verib


ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Adam Sterlinq və Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Adam Sterlinq və Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman
-

İyunun 5-də Bakıda ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri XIX Xəzər Beynəlxalq Neft və Qaz sərgisi ilə bağlı ziyafət verib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman ölkəsinin baş naziri David Cemeronun sərgi-konfransa görə təbriklərini çatdırıb.

O deyib ki, 5 iyun tarixi Böyük Britaniyada da tarixi gündür. Səfirin sözlərinə görə, bu gün Böyük Britaniya kraliçasının taxta çıxmasının 60 illiyi qeyd olunur. O, xatırladıb ki, Azərbaycan da bir neçə gün əvvəl «Eurovision-2012» mahnı yarışması keçirib, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edib.

«Azərbaycan və Böyük Britaniya güclü əlaqələrə malikdir. Bu gün keçirilən sərgi bu əməkdaşlığın bir elementidir», - səfir deyib. Səfir əlavə edib ki, Azərbaycana qoyulan xarici investisiyaların 45 faizi Böyük Britaniyanın payına düşür. P. Batemanın sözlərinə görə, yalnız «BP» şirkəti 1994-cü ildən bu günə qədər Azərbaycan iqtisadiyyatına 35 milyard dollar investisiya qoyub.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Adam Sterling isə çıxışında Azərbaycan-ABŞ ikitərəfli əlaqələrindən danışıb. O bildirib ki, apreldə Vaşinqtonda keçirilmiş ABŞ - Azərbaycan iqtisadi tərəfdaşlıq şurasının iclası iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün şərait yaradır. A.Sterling deyib ki, iclasın əsas mövzulardan biri olan enerji iki ölkə arasında əməkdaşlığın əsas elementidir.

Azərbaycana yeni təyin olunmuş səfir Richard Morningstarın hələ də öz postunu tutmaması ilə bağlı A.Sterling dedi ki, hələlik Konqresdə dinləmələr olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG