Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Bakının kənd və qəsəbələrinə gedən ən böyük yol bağlandı


İyunun 5-dən Zabrat yolu kimi tanınan yol bağlanılır. «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, asfalt-beton örtüyünün təmiri ilə əlaqədar Şəhər şosesi boyu, Bakı-Sabunçu-Zabrat istiqaməti istisna olmaqla yolun Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılır.

Sürücülərdən alternativ yol və marşrutlarından istifadə etmələri xahiş olunur.

Bakının bir sıra qəsəbələri - Maştağa, Nardaran, Zabrat, Kürdəxanı, Pirşağı, Balaxanı və.s qəsəbələrin əhalisi bu yoldan istifadə edir.
XS
SM
MD
LG