Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:13

2 aprel məhbusları buraxılmadılar


Arxiv foto
Arxiv foto
İyunun 5-də Ali Məhkəmə Sahib Kərimov, Babək Həsənov, Elşən Həsənov Elnur İsrəfilovun kasasiya şikayətlərini təmin etməyib. Onlar cəzanın tam ləğv olunması ilə bağlı müraciət etmişdilər.

Bu haqda Sahib Kərimovun vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna deyib.

«Bizim növbəti addımımız Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək olacaq».

Prosesdə adıçəkilənlərdən yalnız AXCP sədrinin müavini Sahib Kərimov iştirak edib.

Həmin 4 nəfər İctimai Palatanın aprel aksiyasında həbs olunublar. Onlardan Elşən Həsənovla Elnur İsrəfilov bir qədər əvvəl şərti olaraq azadlığa buraxılıb. Onlar cəzalarının tam ləğv olunması üçün Ali Məhkəməyə kasasiya şikayəti vermişdilər.

Bir qədər əvvəl müxtəlif xəbər saytları Sahib Kərimov və Babək Həsənovun azadlığa buraxılması haqda məlumat yaymışdılar. Hüquq müdafiəçisi Səidə Qocamanlı da AzadlıqRadiosuna demişdi ki, həmin şəxslərin cəzası ləğv olunub.

İyunun 4-də isə Ali Məhkəmə sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin kasasiya şikayətini təmin edərək həbsdən buraxılmasına qərar vermişdi. Səidə Qocamanlının sözlərinə görə, bununla da Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun siyasi məhbus siyahısında müsbət dəyişiklik baş verib. «Onların sayı 20 nəfərdən 19-a enib».

2 aprel məhbusları ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG