Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Qahirədə etiraz aksiyası davam edir


Misirin paytaxtı Qahirədə keçmiş prezident Hosni Mubarak və bir neçə keçmiş məmura qarşı çıxarılmış məhkəmə hökmünə qarşı etiraz aksiyası davam edir.

Şənbə günü hökm oxunduqdan sonra Təhrir meydanına 20 minədək adam çıxıb və onlarin bir qismi gecəni meydanda keçirib.

Qahirə məhkəməsi şənbə günü keçmiş prezident Hosni Mubarak və daxili işlər naziri
Habib al Adlini ömürlük həbs cəzasına məhkum edib.

Qalan 7 keçmiş məmur isə azad olunublar.

Onlar ötən il ölkədə keçirilmiş etiraz nümayişləri zamanı törədilmiş kütləvi qətllərdə ittiham olunurdular.

Həmçinin Mubarakın korrupsiyada ittiham olunan 2 oğlu bəraət alıb.

Aksiyaçılar hökmün ədalətsiz olduğunu deyirlər.
XS
SM
MD
LG