Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 19:55

“Ümid” yatağından çıxarılan qazın istifadəsinə başlanacaq

Bu ilin sentyabrəndan Azərbaycanda “Ümid” yatağından çıxarılan qazın istifadəsinə başlanacaq.

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

O qeyd edib ki, hazırda yatağın platformasını ölkənin qaz kəmərləri sistemi ilə birləşdirən yeni kəmər çəkilir və bu avqustda başa çatmalıdır.

Xoşbəxt Yusifzadə qeyd edib ki, quyu gün ərzində azı 1 milyon kubmetr qaz hasil edəcək və bu daxili təlabat üçün istifadə olunacaq.
This item is part of
XS
SM
MD
LG