Keçid linkləri

2026, 13 Mart, Cümə, Bakı vaxtı 09:06

BMT Suriyadan sülh planına əməl olunmasını tələb edib

BMT-nin baş katibi Ban Kİ Moon Suriya hakimiyyətini üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməyə çağırıb.

O bildirib ki, ötən həftə olduğu kimi dinc sakinlərin kütləvi qətli Suriyada qarşısıalınmaz vətəndaş müharibəsinə apara bilər.

O Suriya hökumətindən beeynəlxalq sülh planına qəti şəkildə əməl olunmasını tələb edib.

Müxalifətdə olan Azad Suriya Ordusu isə bu arada bəyan edib ki, Bashar Assad rejimi BMT-nin dəstəklədiyi sülh planını yerinə yetirməlidir, əks halda onlar barşıq fikrindən dönəcəklər.

Suriya Azadlıq Ordusu bəyan edib ki, əgər hakimiyyət cümə gününədək ölkədə bütün hərbi əməliyyatları dayandırmasa onlar artıq birtərəfli qaydada sülh planına əməl etməyəcəklər.
XS
SM
MD
LG