Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:13

Suriya müxalifətçilərindən hakimiyyətə tələb


Arxiv foto
Arxiv foto
Müxalif «Azad Suriya Ordusu» deyir ki, prezident Bashar al-Assad rejimi Birləşmiş Millətlər Təşkilatının sülh planını iyunun 1-nə qədər yerinə yetirməyə başlamalıdır. Əks halda müxalif döyüşçülər barışıq niyyətindən əl çəkəcək.

Müxalifət rəhbərlərin bəyanatında deyilir ki, ötən cümə Houla şəhərində qadınların və uşaqların qətliamı göstərir ki, birtərəfli barışığa bəraət qazandırmağın yeri yoxdur, çünki Assad beynəlxalq sülh təmsilçisi Kofi Annanın 6 maddəlik planını basdırıb.

Bu ultimatum iyunun 1-i günorta saatlarına kimi Suriya qoşunlarını, tankları və artilleriyanı mülki ərazilərdən geri çəkilməyə və atəşkəsi bərpa etməyə çağırır.

Bəyanatda bildirilir ki, Assad hakimiyyəti müstəqil media və humanitar qrupların bütün regionlara girişini təmin etməli və bütün etirazçıları və siyasi məhbusları azad etməlidir. Həmçinin BMT təmsilçiləri ilə «ciddi razılaşmalar»a başlamaq da tələb edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG