Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 21:27

Rusiya və Britaniya Suriya prezidentinə daha çox təzyiq etməyə razılaşıblar

Houlada qətlə yetirilənlərin dəfn mərasimi. 26 may 2012

-

BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan Bashar Assad rejimini ölkədəki böhranı ancaq sülh yoluyla həll etmək üçün qəti addımlar atmağa çağırıb. Asadla görüşdən bir gün əvvəl verdiyi açıqlamada Annan Houla kəndində çoxu qadınlar və uşaqlar yüzdən çox adamın qırılması faktından dəhşətə gəldiyini bildirib.

BMT mayın 25-də baş vermiş həmin hadisədə 33-ü uşaq olmaqla 108 nəfərdən çox dinc sakin həlak olub. 300 nəfərdən çox adam da yaralanıb. Şahidlər tank və artilleriya atəşindən tələfat daha çox olduğunu deyirlər.

Suriyanın müxaliflər olan yaşayış məskənlərinin bəzilərinin hökumət qoşunları tərəfindən atəşə tutduğu bir vaxtda Britaniya və Rusiya Xarici İşlər nazirləri William Hague Sergei Lavrov Suriya rəhbərliyinə təzyiqi artırmaq üçün razılıq əldə ediblər.

Moskvada keçirilən görüşdən sonra nazirlər bildiriblər ki, Houlada 108 nəfərin öldüyü qırğından sonra Dəməşqin qoşunlar və döyüş texnikasını yaşayış məntəqələrindən geri çəkməyinin vacibliyini düşünürlər.

Suriya hökuməti bu qırğını müxalifətin siyahlı qüvvələrinin törətdiyini iddia edir. Bunu inkar edən müxalifət isə elə bu gün – mayın 28-də də Hama şəhərinə artilleriya hücumu nəticəsində 30-dan çox adamın həlak olduğunu bildirir.

Lavrov deyib ki, BMT-Ərəb Liqasının sülh planının ən vacib elementlərindən biri də budur. Ancaq Rusiyalı nazir Britaniyalı həmkarının Suriya prezidenti Bashar al-Assad-i istefaya dəvət etməsi çağırışını dəstəkləməyib. Deyib ki, zorakılığın dayandırılması hakimiyyətin kimin əlində olmasından daha vacibdir. Və bütün tərəfləri zorakılığı dayandırmağa və siyasi danışıqlara başlamağa çağırıb.

Keçən ilin əvvəlində Suriya dinc mitinqlərə hökumət qüvvələrinin silahlı müdaxiləsi az sonra ölkə böyu qanlı toqquşmalara səbəb olub. BMT indiyə qədər 10 min nəfərə yaxın adamın həlak olduğunu bildirir.

Suriyada 33-ü uşaq olmaqla 100-dən çox dinc sakin öldürülüb

1/4
Mayın 25-də Suriyanın Hama şəhərində ağır artilleriya və tanklardan açılan atəş nəticəsində BMT 108 nəfərin həlak olduğunu bildirir. Öldürülən dinc sakinlərin 33 nəfəri uşaqdır. Hadisə zamanı 300-dən çox adam da yaralanıb. Suriya müxalifəti bildirir ki, hökumət qoşunlarının mayın 27-də Hama şəhərini atəşə tutması nəticəsində 30-dan çox adam həlak olub. Suriya hökuməti bu hadisədə günahı olmadığını bildirərək hadisəni terrorçular adlandırdığı müxalifətin silahlı qüvvələrinin törətdiyini iddia edir.
2/4

3/4

4/4

Öncəki slayd
Növbəti slayd
XS
SM
MD
LG