Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:01

Yerevanda zavodda partlayışda iki nəfər həlak olub


Partlayış baş vermiş binanın dağıntıları. Yerevan, 29 may 2012-ci il.
-



Mayın 29-da Ermənistanın paytaxtı Yerevanda “Elektron” zavodunda baş vermiş partlayışda iki nəfər həlak olub.
Partlayış baş vermiş binanın dağıntıları. Yerevan, 29 may 2012-ci il.
Partlayış baş vermiş binanın dağıntıları. Yerevan, 29 may 2012-ci il.

Həlak olanlardan biri zavodda sex rəisi, o biri isə onun müavini imiş. Rəsmilər hadisə baş verən vaxt zavodda yalnız iki nəfərin olduğunu, onların da hər ikisinin öldüyünü deyirlər.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə Partlayışda zavodun üçmərtəbəli binasının sol tərəfi uçub. Hadisənin səbəbi haqqında hələlik rəsmi məlum yoxdur.

Zavodda nə istehsal edildiyi də hələlik məlum deyil, amma hadisə yerinə Müdafiə naziri Seyran Ohanyan da gəlib. Fövqəladə Hallar naziri deyib ki, bu zavodda Müdafiə Nazirliyi üçün də hansısa avadanlıqlar istehsal edilirmiş.
XS
SM
MD
LG