Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:56

Jurnalist İdrak Abbasov hədələrin davam etdiyini deyir


İdrak Abbasov
İdrak Abbasov
Aprelin 18-də Bakının Sulutəpə qəsəbəsində ARDNŞ-in təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən döyülən jurnalist İdrak Abbasov AzadlıqRadiosuna müsahibə verib:

- İdrak bəy, səhhətiniz necədir? Artıq işə çıxırsınızmı?

- İşə çıxmaq fikrim var, amma səhhətim imkan vermir. İndi gəlib işə baş çəkmişəm, amma evə qayıdacam. Amma bir həftədir ki, evdən işləyirəm. Müalicəm davam edir.

- Döyülmənizlə bağlı iş nə yerdədir? Maraqlanmısız?

- Bununla bağlı cinayət işi qaldırılmayıb. Bircə döyülən vaxt ifadəmi aldılar, bundan sonra heç bir hərəkət baş verməyib.

- Hər hansı hədələnmə və ya məsələnin razılıqla yoluna qoyulması üçün təkliflər olubmu Sizə?

- Müxtəlif formalarda hədələr olub. Evin ətrafında fırlanırlar. Narahatçılıq yaradırlar. Bu gün səhər evə gedəndə, maşının qabağını həbsdən yenicə çıxmış bir nəfər kəsdi. Dedi ki, guya o, həbsdə olanda hansısa səhv eləmişəm. Məni təhqir eləməyə çalışdı, sonra da dedi ki, gəl, kişi kimi danışaq. Birtəhər onu başımdan elədim. Bildiyim qədər narkomandır. Güman edirəm ki, onu öyrədib üstümə göndəriblər.

- ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, onların bəzi işçiləri Sizinlə rəftarda vəzifə səlahiyyətini aşıb. Amma eyni zamanda sizin də günahınızın olduğunu demişdi. Bu fikirlərə münasibətiniz necədir?

- Rövnəq Abdullayev deyir ki, işçiləri mənim jurnalist olduğumu bilməyiblər. Rövnəq Abdullayev düz demir. Onun işçiləri döyülməyimi özləri də çəkiblər. Hadisə yerinə çatmağımla döyülməyim 2-3 dəqiqənin içində baş verdi. Özü də jurnalist vəsiqəm əlimdə olub. Qardaşlarım gəlməsəydi, bəlkə də öldürəcəkdilər. Həmin vaxt orda olan «Yeni Müsavat» qəzetinin müxbiri Günay Musayeva sonradan mənə söylədi ki, yerdə yıxılıb bayılmağıma baxmayaraq, deyiblər ki, guya özümü artistliyə vurmuşam. Ona görə də hərəsi gəlib-gedib mənə bir təpik vururmuşlar.

- Siz özünüz döyülmənizlə bağlı hüquq-mühafizə orqanlarına ya da məhkəməyə şikayət edəcəksizmi?

- Əlbəttə, artıq vəkilim bütün sənədləri hazırlayıb. Sadəcə, «Eurovision» mahnı yarışması, sonra da bayram araya düşdü. Bu günlərdə müraciət edəcəyik.

İdrak Abbasov aprelin 18-də ARDNŞ-in təhlükəsizlik xidmətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında münaqişəni çəkərkən döyülüb. İstintaq onu zərərçəkən kimi tanıyıb. Ancaq onu döyənlər hələ tapılmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG