Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:18

Beynəlxalq təşkilatlar İdrak Abbasovu döyənlərin tapılmasını istəyir...


Sulutəpədə evləri sökülənlər Bakı-Şamaxı yolunu bağladılar
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00
Direct-ə keçid

Sulutəpədə evləri sökülənlər Bakı-Şamaxı yolunu bağladılar

«Əraziyə çatanda smartfonu çıxarıb çəkməyə başladım. Elə bil məni gözləyirdilər. Hamı cumdu üstümə. Əvvəlcə telefonu əlimdən aldılar. Mən buna etiraz etdim. Sonra üstümə hücum çəkib, məni təpikləməyə başladılar. Yerə yıxılmışdım, məni tapdalayırdılar. Məni ən azı 10 nəfər vururdu. Əllərində «dubinka», taxta var idi. Onların əynində ARDNŞ-in hərbi ala-bula forması, bir də özlərinin polis formasına oxşayan formaları var idi».

1 saylı Klinik Tibb Mərkəzinin travmatologiya şöbəsində müalicə olunan jurnalist İdrak Abbasov aprelin 18-də Sulutəpə qəsəbəsindəki «4-cü mədən» adlanan ərazidə başına gələnlər haqqında çətinliklə danışır. Arada bir az fasilə edir. Jurnalist deyir ki, döyülən vaxt ətrafda polislər olsa da, müdaxilə etməyiblər:

«MƏNİ 15-20 DƏQİQƏ DAYANMADAN DÖYÜBLƏR»

«Polislər kənarda idilər. Onlar məni döyəndə əvvəl-əvvəl böyrümə - başıma dəyən təpikləri hiss edirdim. Mən 15-20 dəqiqə dayanmadan döyüblər. Sonradan heç nə yadımda qalmayıb».

İdrak Abbasov
İdrak Abbasov
Həkim Almazxan Zeynalov deyir ki, İdrak Abbasovun vəziyyəti kafidir. Həkim qeyd edir ki, jurnalist ətraflı müayinə olunub, sağ gözünün ətrafında, bədəninin müxtəlif yerlərində əziklər var. İdrak Abbasov özü deyir ki, indi özünü nisbətən yaxşı hiss etsə də, ağrıları var:

«Həkim deyir ciddi bir şey yoxdur. Gözüm elə də ağrımır, belim, kürəyim ağrıyır. Elə bil, içalatım tökülür».

İDRAK ABBASOVLA ARDNŞ-İN 7 ƏMƏKDAŞININ XƏSARƏT ALMASI BİRGƏ ARAŞDIRILIR...

Daxili İşlər Nazirliyi aprelin 18-də Sulutəpədə baş verən hadisə ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun AzadlıqRadiosuna verdiyi məlumata görə, aprelin 18-də Sulutəpə qəsəbəsində qanunsuz tikililəri sökən Dövlət Neft Şirkətinin əməkdaşlarından 7 nəfərinə xəsarət yetirilib. Ehsan Zahidovun dediyinə görə, bu zaman sakinlərdən İdrak Abbasovla Camal Əliyev xəsarət alıb və hər iki şəxs xəstəxanaya yerləşdirilib.

DİN rəsmisinin dediyinə görə, polis sakinlərin Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağının qarşısını alıb. Sakinlərdən 10 nəfəri Binəqədi rayon Polis İdarəsinin 40-cı bölməsinə aparılıb. Onlar cərimə olunandan sonra buraxılıblar.

Arif Əliyev
Arif Əliyev
Ehsan Zahidov jurnalist İdrak Abbasovun döyülməsi faktının ayrıca araşdırılmadığını bildirib. Deyib ki, neft şirkəti əməkdaşları ilə 2 nəfər qəsəbə sakinin xəsarət alması faktı birgə araşdırılır.

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyir ki, İdrak Abbasov döyülən vaxt əynində jurnalist jileti olub. Onun fikrincə, araşdırmada bu amil mütləq nəzərə alınmalıdır:

«BU, QOÇULUQDUR»

«Bu, açıq qanun pozuntusudur. Həm beynəlxalq, həm də yerli normalara etinasızlıqdır. Bu, qoçuluqdur. Bunun başqa adı yoxdur. Azərbaycanda bir neçə nazirlik var ki, mühafizə xidməti altında bu cür qoluzorlular dəstələri saxlayırlar. Onlar bu gün jurnalistlər üçün təhlükəli qüvvəyə çevriliblər».

Dövlət Neft Şirkətinin hüquq şöbəsinin rəisi Eldar Orucov isə baş verənlərlə əlaqədar aprelin 19-da mətbuat konfransı keçirdi. ​Onun deməsinə görə, baş verənlərin araşdırılması üçün Neft Şirkətində komissiya yaradılıb:
Eldar Orucov
Eldar Orucov

«FƏRQİ YOXDUR, O, İDRAKDIR YA DA BİZİM ƏMƏKDAŞ»

«Kim orada öz səlahiyyətlərini aşıb hüquq pozuntusuna yol veribsə, cinayət əməli törədibsə, onların hər biri barədə tədbir görüləcək. O, bizim əməkdaşımız olacaq ya da başqası olacaq, fərqi yoxdur. Kim olmasından asılı olmayaraq, o, jurnalistdir ya da adi vətəndaş, hadisənin səbəbkarı məsuliyyət daşımalıdır. Fərqi yoxdur, o, İdrakdır ya da bizim əməkdaş».

Jurnalistləri Müdafiə Komitəsi, «Amnesty International», «Freedom House», «Sərhədsiz reportyorlar» təşkilatları Azərbaycan hakimiyyətindən İdrak Abbasovu döyən və digər reportyorlara hücum edənlərin dərhal cəzalandırılmasını tələb edib.
XS
SM
MD
LG