Keçid linkləri

2026, 13 May, çərşənbə, Bakı vaxtı 08:44

Jurnalist azadlığa çıxdı

«Gün xəbər» internet portalının müxbiri, «Nida» Vətəndaş Hərəkatının üzvü Anar Gəraylı mayın 25-də azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna «Nida» üzvü Üzeyir Məmmədli məlumat verib.

Ona 10 sutka həbs cəzası verilmişdi. Apelyasiya Məhkəməsi onun şikayətinə baxaraq cəzasını 2 sutkaya endirib və o, məhkəmə zalından sərbəst buraxılıb.

Anar Gəraylı mayın 22-də saxlanmışdı. Nəsimi rayon Məhkəməsi onun barəsində 10 sutka inzibatı həbs qərarı çıxarmışdı. O, ictimai qaydaları kobud şəkildə pozmaqda təqsirli bilinirdi.
This item is part of
XS
SM
MD
LG